Başlıcaİctimaiyyət

Ermənistanda daha 439 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 439 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 35 693-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 678-yə çatıb. İndiyədək 24 766 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 032 aktiv koronavirus xəstəsi var. İndiyədək 149 898 test aparılıb.

Daha çox göstər
Back to top button