Hərbi Sığorta Fondu tarixində ilk dəfə olaraq Türkiyədən pul köçürülmə qeyd olunub.
Ermənistanda fəaliyyət göstərən Hərbiçilərin sığorta Fondu bir neçə gün ərzində orduya dəstək olaraq 160 milyon dramdan çox yardım alıb..
İyulun 20-də səhər saatlarında ER Baş naziri Nikol Paşinyan elan etdi ki, bu və ya digər şəkildə orduya dəstək olmaq istəyənlər Fonda bəxşiş edə bilərlər. Bu anda Fondun saytında, kimin nə qədər pul köçürdüyünü görə bilərik.
İyulun 17-dən 21-dək saat 14: 00-a qədər olan müddətdə 160,7 milyon dram toplanmışdır. Bəxşişləri həm Ermənistan sakinləri, həm də onlarla digər ölkədə yaşayan ermənilər tərəfindən edilmişdir.
Qeyd edək ki, ən çox pul Ermənistandan olduğu kimi, eləcə də onlarla digər ölkələrin erməni bəxşişlər edib. Məhz Ermənistandan 119 milyon dramdan çox olub. İkinci yerdə ABŞ-dan edilən köçürmələrdir- 21 milyon dram, daha sonra Kanadadadır – 3,4 milyon dram, Rusiyadan – 2.55 milyon dram. Ən çox ianə verən beşlikdə olan ölkə Fransadır, oradan Fonda 2.51 milyon dram köçürülüb.
Maraqlıdır ki,Fondun tarixində ilk dəfə olaraq Türkiyədən bir köçürmə qeydiyyata alındı. Düzdür, köçürülən məbləğ azdır – 3400 dram, amma fakt simvolik hesab edilə bilər.
Bəxşişlər ,iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlikdən sonra daha da aktivləşib.
( 1 dollar 483 dramdır)