BaşlıcaSiyasət

PUA-ların itirilməsi Azərbaycana təxminən 200 milyon dollar zərər dəyib: MN

Keçən həftə Tavuşda baş verən hərbi əməliyyatlarda pilotsuz uçuş aparatların itirilməsi Azərbaycan tərəfinə təxminən 200 milyon dollar zərər dəyib. Bu, erməni tərəfinin ilkin hesablamasıdır. ER Hava Hücumundan Müdafiə bölmələri Tavuşun sərhədyanı hissəsində Azərbaycana məxsus 13 PUA vurublar, digər bir PUA da Artsaxın şimal-şərq hissəsində məhv edildi.

Bu barədə ER Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının qərargah rəisi Qarik Movsisyan məlumat verib.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, pilotsuz uçuş aparatlardan 4-ü kəşfiyyat, 10-u isə zərbə PUA-ları idi.

Hərbi Aviasiya İnstitutunun rəisi Daniel Balayan isə qeyd edib ki, Azərbaycana ən çox İsrail istehsalı olan Elbit Hermes 900 PUA-sının vurulması zərər verib, çünki onun qiyməti 30 milyon dollardır.

“Hər bir PUA-nın bir neçə yüz min dollar dəyəri var. Ən böyükləri isə, milyonlar dəyərindədir. Bundan başqa, hamımız üçün də canlı qüvvənin itirilməsi daha bahalıdır və bu baxımdan da onların böyük itkiləri olub”

Daha çox göstər
Back to top button