BaşlıcaSiyasət

Tavuş döyüşlərində Azərbaycan Spike NLOS-dan da istifadə edib

İyulun 21-də ER Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulmuş Azərbaycan PUA-larının sərgisini təşkil edib. Sərgidə son günlərdə məhv edilmiş PUA-ların qalıqları və eləcə də, keçmişdə vurulmuş PUA-lardan bir neçəsi təqdim olundu.

Razm.info saytı yazır ki, təqim edilmiş qalıqlarda son döyüşlərdən qalan İsrail istehsalı olan Spike NLOS idarəolunan raketlərin qalıqarı da mövcuddu.

Soldan nümayiş olunan qalıq, sağdan Spike-NLOS raketi.

NLOS Spike idarəolunan raketlərindən ən uzun məsafəlidir. Bu raketin maksimum atış məsafəsi 25 km-dir. NLOS-dan başqa, Azərbaycan arsenalında Spike-nin digər növləri də mövcuddur. Məsələn, Spike LR (atış məsafəsinin 5 km) və Spike ER (atış məsafəsi maksimum 8 km təşkil edir). Lakin bunarın raketləri NLOS-dan fərqlidir və sərgidə də bunların qalıqlarından yoxdu.

2018-ci ildə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov öz müsahibələrindən birində deyib ki, onlar 2016-cı il aprel döyüşlərində vertalyot itirdikdən sonra dərs çıxartdılar və indi vertalyotların döyüşə aparması üçün rəqibin HHM ərazisinə girmə ehiyacı qalmadı. Həsənov bu kontekstdə Spike NLOS-ları da xatırlatmışdı. Son zamanlarda da Azərbaycan MN tərəfindən yayılan fotolarda görünən Mİ-17 vertalyotunun üzərində Spike NLOS üçün nəzərdə tutulan asmalar vardı.

Çox güman ki, 2020-ci ilin iyul ayında baş verən döyüşlərdə Azərbaycan ilk dəfə olaraq vertalyotlardan Spike NLOS raketlərindən istifadə etdi.

Daha çox göstər
Back to top button