Amerika Birləşmiş Ştatlarının vətəndaşları ABŞ-ın Azərbaycana verdiyi hərbi yardımın və USAID-in maliyyələşdirilməsinin dayandırılmasını tələb edərək imza toplamağa başladılar. İmza toplusu Ağ Evin rəsmi saytında açıqdır.
“Amerikalı vergi ödəyiciləri tərəfindən neftlə zəngin oliqarx İlham Əliyevi, prezident və həyat yoldaşı vitse-prezidentin rəhbərlik etdiyi avtoritar bir hökuməti maliyyələşdirmək üçün 1,5 milyard dollardan çox pul xərcləyir.
Bu pullar mənimsənilir və regional müharibələrə səbəb olur”-deyərək iddiada qeyd olunub..
İmzatoplama təşkilatçıları qeyd edirlər ki, Azərbaycan dəyərləri ABŞ-ın demokratik dəyərləri ilə üst-üstə düşmür, xalqa fayda gətirmir.
“Biz, Amerika xalqı, Azərbaycana edilən bütün maliyyə və yardımlara son qoymaq, bu pulu başqa yerlərə, məsələn, azlıqların və rəngli insanların maliyyələşdirilməsi və imkanları və rifah, təhsil və digər hökumət proqramlarının genişləndirilməsi kimi istiqamətlərə yönəltmək istəyirik. ABŞ-ın hərbi yardımını və USAİD-in Azərbaycana maliyyələşdirilməsi dayandırın “-deyərək bəyanatda qeyd olunub.
İyulun 20-də ABŞ Nümayəndələr Palatası ABŞ-ın Azərbaycana hərbi yardımı üzərində nəzarəti sərtləşdirəcək Müdafiə Təqdimatı Qanununa dəyişikliklər paketini təsdiqlədi.