
Artsax Respublikası Xarici işlər nazirliyinin, BMT Baş Assambleyasında necə qəbul edilmiş 73/178 “İtkin düşmüş şəxslər” barədə qətnaməsinin icrası ilə əlaqədar hazırladığı hesabat, Birləşmiş Millətlər Təşkilatında (BMT) rəsmi sənəd olaraq yayılmışdır.
Artsax Xarici işlər nazirliyinin rəsmisi “Armenpress”-ə bildirib ki, hesabatda qətnamənin icrası, habelə Azərbaycan-Qarabağ münaqişəsi kontekstində itkin düşmüş şəxslərin vəziyyəti ilə bağlı aktual məsələlər barədə geniş məlumat verilir.
“Xüsusilə sənəddə deyilir ki, Azərbaycan-Qarabağ münaqişəsi kontekstində naməlum şəkildə itkin düşmüş insanlar məsələsi hələ Azərbaycanın Artsax Respublikasına qarşı genişmiqyaslı müharibəsindən xeyli əvvəl1991-ci ildə yaranıb.
Artıq 1988-1989-cu illərdə Artsaxda Azərbaycan hakimiyyəti tərəfindən soyca ermənilərin girov götürülməsi,oğurlanması halları çox olub.
lakin sonradan müharibə əməliyyatlarıyla şərtləşmiş girovlar və naməlum itmişlər məsələsi daha kəskin əsas daşıdı.
Məruzədə vurğulanır ki, təəssüflər olsun ki, Azərbaycan tərəfinin dezkonstruktiv siyasəti səbəbindən münaqişə nəticəsində itkin düşənlərin taleyinin müəyyənləşdirilməsində əhəmiyyətli nəticələr əldə etmək mümkün olmadı.
Artsax Respublikasının müvafiq qurumları ilə konstruktiv əməkdaşlıq əvəzinə, Azərbaycan tərəfi yalnız humanitar xarakter daşıyan itkin düşmüş insanlar məsələsini siyasiləşdirməyi davam edir. Belə əməkdaşlığın imtina edilməsi Azərbaycanın beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini yerinə yetirməməsinin daha bir sübutudur.
Sənəddə bildirilir ki, itkin düşmüş şəxslərin məsələsinin birtərəfli qaydada həll edilə bilməyəcəyini nəzərə alaraq, BMT Baş Assambleyasının qətnaməsinin məqsədlərinin səmərəli icrası üçün şərait yaratmaq baxımından, ilk növbədə münaqişə tərəflərinin hamısı fəal iştirakının təmin edilməsi lazımdır.
Həmçinin tərəqqi naminə sistemləşdirici aydın nəzarət meyarlarını təyin etmək üçün və səmərəli mexanizm tədbiq edilməlidir”-deyərək məlumatda qeyd olunub.