Başlıcaİctimaiyyət

Azərbaycanda COVİD-19-a yoluxanların sayı 29 minə yaxınlaşır

Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı yeni 391 hal aşkarlanıb. Bununla yanaşı 504 nəfər sağalıb, 9 nəfər ölüb. Bu barədə iyulun 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Pandemiya başlayandan yoluxmuş şəxslərin ümumi sayı 28 633 hal təşkil edib. Bununla belə, 20443 nəfər müalicə olunub, 385 nəfər ölüb. 7805 xəstə müalicəsini davam etdirir.

İndiyədək 649 953 test keçirilib.

Daha çox göstər
Back to top button