BaşlıcaSiyasət

Cozep Borrell Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri ilə danışıqlar aparıb

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında üçtərəfli telefon danışığı baş tutub. Aİ xarici şiyasət xidməti rəsmi məlumatla yayıb.

“Müzakirələr zamanı Cozep Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikadan, xüsusən də bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıb”- deyə mesajda deyilir.

Cozep atəşkəsə sadiq olduqlarını bir daha təsdiqləməyə və gərginliyin artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Bu kontekstdə Ermənistan və Azərbaycan birbaşa kommunikasiya mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidirlər. 

Cozep Borrell “şərtlər imkan verən kimi” ATƏT-in monitorinqini yenidən davam etdirməyin vacibliyini vurğulayıb.

Daha çox göstər
Back to top button