BaşlıcaSiyasət

Ermənistan Azərbaycanın hərbi üstünlük barədə mifini məhv etdi: Paşinyan

Hörmətli həmkarlar, əziz həmvətənlər,

Bildiyiniz kimi, bu iliun iyulun 12-də Azərbaycan tərəfi Tavuş vilayətinin sərhəd mövqelərimizə hücum etdi. Ermənistan Silahlı Qüvvələri rəqibin hücumlarını dəf etməklə yanaşı, ona xeyli ziyan vurdu.

Azərbaycan tərəfi çox sayda itki verdi, o cümlədən silah-sursat, hərbi texnika, müasir texnika, bu da Ermənistan hərbi qüvvəsinin, hərbi-sənaye kompleksinin açıq qələbəsidir.

Rəqibə mənəvi və psixoloji zərbə daha güclü oldu, sərhəd hadisələri nəticəsində Azərbaycanda daxili siyasətdə qeyri-sabitlik vəziyyət yaradıldı ki, bu da ölkə rəhbərliyini Ermənistan və Artsaxa qarşı daxili narazılığın enerjisini yönəltmək üçün yeni təxribatlara əl atmağa məcbur edir.

Bütün bunların fonunda bəzi vacib qeydlər etməyi zəruri hesab edirəm.

Birincisi, Azərbaycan Ermənistanın suveren ərazisinə hücum etdi və bir daha qeyd etməliyəm ki, son iki həftədəki hadisələrin diqqət mərkəzinə çevrilən mövqelər Ermənistanın suveren ərazisindədir və Azərbaycanın təcavüz barədə Ermənistana qarşı ittihamları sadəcə absurddur.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəndə və Azərbaycan münaqişənin əsas tərəfi olan Artsax ilə danışıqlardan imtina edəndə, Azərbaycan Ermənistana hücum etdi.

Azərbaycanın bütün hücumları qətiyyətlə dəf edildi, erməni tərəfi sərhəddəki mövqeyini daha da möhkəmləndirdi.  Azərbaycanın mifi yox oldu, odur ki, onun ordusu erməni ordusuna məğbul  edə bilər və buna görə Ermənistan və Artsax güzəşt etməlidirlər.

Biz uzun müddətdir ki, Azərbaycanı güc mövqeyindən, güc dilində, güc təhdidləri ilə danışmamağa çağırırıq. İndi deyə bilərik ki, Ermənistan nəinki diplomatik masa ətrafında güc təhdidindən imtina etdi, həm də döyüş meydanında göstərdi ki, bu təhdidlər əsassızdır və güc balansını əks etdirmir. Həqiqi güc balansı dedikdə, yalnız Silahlı Qüvvələrdəki silahların sayını deyil, ilk növbədə hərəkətlərin keyfiyyətini, idarəetmə səviyyəsini nəzərdə tuturam.

İndi əminliklə deyə bilərik ki, Ermənistan Silahlı Qüvvələri, Ermənistan Ordusu nəinki yüksək döyüş səmərəliliyi göstərdi, həm də bölgədəki ən səmərəli, ən ağıllı ordu statusunu bir daha təsdiqlədi. Və bu yalnız bir bəyanat deyil, iyulun 12-dən sonra baş verənlərin ətraflı təhlillərinin nəticəsidir. Ordumuz milli qürur mənbəyi olmuşdur və olmaqda davam edir və Tavuşdakı statusunu bir daha təsdiqlədi.

Qanuni hökumətə və Silahlı Qüvvələrə Ermənistan cəmiyyətinin yekdil dəstək və etimad göstərməsini də vacib sayıram. Diasporadakı soydaşlarımızın birliyini, Ermənistana kömək etməyə hazır olduqlarını, sədaqəti və təmkinliyini xüsusi vurğulamaq istəyərdim. Bu günlərdə diasporadakı soydaşlarımız bir daha göstərdi ki, biz bütövük, bir ailə, bir ruh, bir kimliyik.

Əziz həmvətənlər, hörmətli tərəfdaşlar,

Son bir neçə gündə beynəlxalq cəmiyyət qarşısında məsuliyyətli və inamlı davranış göstərdik. Biz üç atəşkəs razılaşmasına sadiq qaldıq, Azərbaycan tərəfi isə ardıcıllıqla pozdu və hər dəfə yeni itkilər verdi.

Azərbaycan Müdafiə Nazirliyi Metsamor atom elektrik stansiyasına raket atacağı ilə hədələyərkən, Azərbaycan xalqına, onun mülki infrastrukturuna qarşı təhdidlərlə çıxış etmədik. Yeri gəlmişkən, bu təhdid ciddi bir beynəlxalq araşdırma mövzusu olmalıdır, çünki Azərbaycanın terrorçu dövlət kimi mahiyyətini göstərir.

İyulun 12-dən sonra beynəlxalq birlik atəşkəs pozuntularını qınamaq və zorakılığa son qoymaq üçün çoxsaylı çağırışlar etdi. ATƏT-in Minsk Qrupu həmsədrləri və ölkələri atəşkəsin bərpa olunmasına böyük töhfə veriblər. Bu baxımdan Rusiya Federasiyasının iştirakı xüsusilə təsirli idi, bu həm Xarici İşlər Nazirliyi, həm də Silahlı Qüvvələrin Baş Qərargahı səviyyəsində ifadə edildi.

Türkiyə vəziyyəti sakitləşdirməyə deyil, daha böyük zorakılıq təhrik etməyə çalışan yeganə ölkəsi idi. Bu ölkənin destabil və sərhəd bölgələrində təcavüzkar siyasətini və Erməni Soyqırımına haqq qazandırmaq üçün aparılan ənənəvi anti-erməni siyasətini nəzərə alsaq, Türkiyənin bu hərəkəti heç də təəccüblü deyildi. Lakin onun təcavüzkarlığının böyüməsi bizim siyasətimizin yenidən nəzərdən keçirilmə zərurətini artırır, o cümlədən Türkiyə aqressivliyinin qarşısını almaq üçün beynəlxalq formatlarda iştirakımızın həcmləri baxımından.

Əziz həmvətənlilər, hörmətli həmkarlar,

Heç bir şübhə yoxdur ki, biz bu sınaqdan qalib çıxacağıq. Biz öz gücümüzdən, xalqımızdan, cəmiyyətimizdən əminik.Ancaq biz bəzi nəticələri də çıxartmalıyıq. Biz baş verənləri görməzdən gələr bilmirik. Biz görməzdən gələ bilmərik ki, 2016-cı il aprelindən sonra Azərbaycan ikinci dəfə və hətta sülh prosesinin mövcud olduğu, Minsk qrupu həmsədrlərinin təxribatçı addımlardan və ritorikadan çəkinmə çağırışlarının olduğu bir halda güc tətbiq etdi. Azərbaycan, bütün dünyanın qlobal pandemiyaya qarşı müabrizə apardığı və resurs topladığı bir zamanda güc tətbiq etdi.

Buna baxmayaraq, biz İyul qaləbəsindən sonra mövqeyimizi gücləndirdik və bu qeyd edəcəyim kimi ifadə olunacaq:

Birincisi: Ermənistan və Artsaxın ümumi təhlükəsizlik sistemi daha da gücləndirilməlidir. Bu baxımdan Artsax Respublikası ilə bizim sıx əməkdaşlığımıza və mövcud təhdidlərə görə bu əməkdaşlığa yeni məzmunun verilməsinə böyük əhəmiyyət verirəm.

İkincisi, Artsax Respublikası danışıqlarən tam tərəfi olmalıdır.

Üçüncüsü, Azərbaycan açıq şəkildə güc tətbiqindən imtina etməlidir və anti-erməni ritorikasının dayandırması istiqamətində etibarlı addımlar atmalıdır.

Dördüncüsü, danışıqların mənası olmalıdır. Azərbaycanın o yanaşması guya danışıqlar müharibənin davamıdır və bunların məqsədi danışıqlar masasında hərbi məsələlərin həllidir, bütün danışıqlar prosesini mənasız hala gətirirlər. Danışıqların mənası o vaxt olar haçan ki, Azərbaycan öz maksimalist yanaşmasından geri duracaq və kompromisə hazır olacaq. Heç bir məhdudiyyət qoyulmadan Artsax xalqının öz müqəddəratını təyin etmə hüququnun tanınması, Ermənistan və Artsax xalqlarının təhlükəsizliyi heç bir halda güzəşt ola bilməz.

Beşincisi, son günlərdə Azərbaycan Tavuş rayonunun bir sıra kəndlərinin sərhədyanı yaşayış məntəqələrinin mülki sakinlərini və infrastrukturlarını hədəfə aldı. Azərbaycana silah tədarük edən ölkələr başa düşməlidir ki, bu silahların mülki əhaliyə qarşı tətbiqi cinayətdir, çünki elə görünür ki, Ermənistanın Silahlı Qüvvələri və mülki əhalisinə qarşı Azərbaycan deyil, yüksək dəqiqlikli ölümcül silah istehsal edən beynəlxalq korporasiyalar və onların mütəxəssisləri savaşır. Artıq 30 il davam edən münaqişə Ermənistanın sərhədyanı yaşayış məntəqələrinə və Artsaxda yaşayan insanlara ciddi ziyan vurur və onların siyasi, iqtisadi, ekeloji, yer dəyişdirmə və digər hüquqlarını pozur. Bu hüquqların yalnız münaqişənin nizamlanmasından sonra icra edilə bilməsi yanaşması qəbul edilməzdir. Münaqişə zonalarında yaşayan insanların problemləri danışıqlar gündəminin ilk hissəsi olamlıdır.

Altıncısı, pandemiyadan əvvəl olan atəşkəsin saxlanılması monitoringi faktiki olaraq çox məhduddur. Səmərəli, daimi və yoxlayıcı mexanizmləri olan beynəlxalq monitoringin olması zərurətdir. Bu mexanizmlər atəşkəsin nə zaman və hansı tərəfdən pozulmasını qeyə alacaqlar. Bu cür monitoringin fəaliyyəti ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi həyata keçirə bilər, çünki regionda illər təcürbəsinə malikdir və ATƏT-in müşahidəçilərinin regionda, həm dövlət dərhədində, həm də təmas xəttində daimi mövcudluğunu təmin edə bilər. Hərbçilər arasında yerdə birbaşa əlaqənin təmin olunması hadisələrin qarşısını almaq və bunları açıqlamaq üçün səmərəli vasitədir.

Yedincisi: Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə işləməyə davam edəcəkdir. Biz Türkiyənin münaqişədən istifadə edərək regionu destabilizasiya etmək cəhdlərini qətiyyətlə rədd edirik və rədd edəcəyik.

Əziz həmvətənlilər, hörmətli həkarlar,

İyul qaləbəsi göstərib ki, 2018-ci ilin qeyri-zorakı, məxməri, demokratik inqilabı, ondan sonra demokratiyalaşdırma, korrupsiyaya qarşı mübarizə, islahatlar, ordu inkişafının yeni konsepsiyası nəticəsində ölkəmiz və ictimaiyyətimiz yeni müqavimət və həmrəylik səviyyəsinə çatdı. Biz bu faktla həvəslənə bilərik, amma bu həvəs ölkəmizin iqtisadi, siyasi, hərbi və diplomatik potensiyalının inkişafı uğruna hər günlük yaradıcı işə çəvirilməlidir. Və biz qalib gələcəyik, çünki bizim qələbəmiz ədalətin qələbəsidir, həqiqətin qələbəsidir, bəşəriyətin qələbəsidir.

Təşəkkür edirəm!

Daha çox göstər
Back to top button