
“Arminfo”-nun verdiyi məlumata görə, Ermənistan təchizatçı ölkələrin coğrafiyasını genişləndirərək silah alışını şaxələndirməyi davam etməkdədir.
Xatırladaq ki, 2018-ci ilin yayında ER Müdafiə naziri David Tonoyan bir neçə dəfə Ermənistan ordusu üçün zəruri olan silahları təkcə Rusiyadan deyil, həm də ucuz qiymətə müdafiə məhsulları təklif edən ölkələrdən almaq niyyətində olduğunu bildirmişdi.
Beləliklə, bu ilin mart ayında Hindistanın 40 milyon dollarlıq silah sazişi çərçivəsində Ermənistana dörd “Svat” tipli radarını verəcəyi məlum oldu.
Bu günlərdə Serbiyanın ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic (Serbiya qanunlarına əsasən silah ixracına icazə verən eyni nazirlik) Ermənistan tərəfindən Serbiyadan silah alınması ilə bağlı məlumatı təsdiqləyib.
“2020-ci ildə böyük bir özəl şirkət Ermənistana silah tədarük edib, dövlət şirkətləri bunaqarışmayıb. Hansı şirkət olduğunu deyə bilmərəm, amma məlumdur ki, əsasən milyondan az silah və tapança təchiz edir.
Qeyd edək yüklər may və iyun aylarında çatdırılıb”- deyərək Ljajic Nova.ru portalına bildirib.
Nazir vurğuladı ki, orada Ermənistana qarşı sanksiya yoxdur, belə vəziyyətdə alıcıdan imtina etmək çətindir.
Qeyd edık ki, Azərbaycan Ermənistanın Serbiydan silah-sursat alışı barədə informasiyaya çoç histeriyalı şəkildə reaksiya verib.Hətta Azərbaycan Respublikasında Serbiyanın işləri üzrə səlahiyyətçini XİN-nə çağırıb. Gürcüstan həmçinin kənarda qalmayıb onu, tranziti üçün təmin etməklə silah tədarükünü dəstəkləməkdə günahlandırdığı. Rəsmi Tbilisi həmin ittihamları təkzib edib.
Qeyd etmək lazımdır ki, hazırkı vəziyyətdə Azərbaycanın iki suveren dövlət arasındakı bu cür sövdələşmələrə görə, xüsusən Bakının müxtəlif ölkələrə, o cümlədən Ermənistanın KTMT tərəfdaşlarına verdiyi çoxmilyardlıq silah müqavilələri fonunda isteriyası olduqca anlaşılmazdır.