BaşlıcaSiyasət

Ermənistana silah tədarükü Serbiya hakimiyyətinin icazəsi ilə həyata keçirilib

Serbiyanın ticarət naziri Rasim Lyaiç bildirib ki, bu il Serbiyanın özəl şirkətlərindən biri Cənubi Qafqaza iki silah partiyası göndərib.

“Serbiyadan silah tədarükü yalnız dörd dövlət strukturunun – XİN, Müdafiə Nazirliyi, DİN və İnformasiya Təhlükəsizliyi Agentliyinin icazəsi ilə mümkündür”. Serbiyanın N1 agentliyinin məlumatına görə, bu barədə Rasim Lyaiç bildirib.

Nazir təchizatçı şirkətin adını açıqlamayıb, ancaq onu qeyd edib ki, Ermənistana silah tədarükü may və iyun aylarında baş tutub. O həmçinin deyib ki, müqavilənin dəyəri ən azı bir milyondan avrodur.

Serbiyalı nazir onu da qeyd edib ki, Ermənistana qarşı beynəlxalq sanksiyalar yoxdur və buna görə də Serbiya tərəfi üçün Yerevanın müraciətini qəbul etməmək çətin olub.

Qeyd edək ki, Haqqin.az saytı Serbiyanın Ermənistana müxtəlif çaplı silahlar göndərdiyini yazmışdı. Serbiyanın Bakıdakı səfirini də Azərbaycan XİN-ə çağırılmışdı.

Daha çox göstər
Back to top button