Başlıcaİctimaiyyət

Ermənistanda daha 469 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 469 nəfərdə koronavirus aşkarlanıb, 478 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 36 162-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 688-yə çatıb. İndiyədək 25 244 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 032 aktiv koronavirus xəstəsi var. İndiyədək 151 879 test aparılıb.

Daha çox göstər
Back to top button