BaşlıcaSiyasət

Gecə ərzində rəqib erməni mövqelərinə təxminən 43 dəfə atəş açıb

İyulun 22-dən 23-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlik qorunub. Məlumatı öz Facebook səhifəsində ER Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.

“Düşmən sərhədin ayrı mövqelərində odlu silahla atəş açaraq atəşkəs rejimini altı dəfə pozub, erməni mövqelərinə təxminən 43 dəfə atəş açılıb”- deyə o yazıb.

Bildirilir ki, Çinar, Movses, Nerkin Karmrağbyur kəndləri istiqamətində yerləşən mövqelərə 5 dəfə, Zangakatun istiqamətində yerləşən döyüş mövqeyinə bir dəfə atəş açılıb.

Daha çox göstər
Back to top button