
Bu gün Ermənistan-Rusiya birləşmiş hava hücumundan müdafiə sisteminin planlı məşqlərinə start verilib. Bu barədə ER MN spikeri Şuşan Stepanyan bildirib.
“Məşqlərin məqsədi kəşfiyyat-zərbə PUA-ya cavab metodlarını öyrənməkdir. Məşqlər zamanı cavab sisteminin təkmilləşdirilmə məqsədiylə PUA-ya qarşı mübarizə üçün yeni yollar hazırlanacaq”- deyə öz Facebook səhifəsində Stepanyan qeyd edib.
O bildirib ki, məşqlərdə Ermənistan-Rusiya zenit-raket sistemlərinin, Ermənistan və Rusiya qırıcı aviyasiyası, ER SQ zenit-artilleriya vasitələrinin bütün bölmələrinin əsas komandirləri iştirak edir.