Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanı bölgədəki gərginliyə görə günahlandırdı. Azərbaycan XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva iyulun 23-də ER hökumət iclasında Nikol Paşinyanın bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, “iclası zamanı səsləndirilən fikirlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbədir”.
Ancaq, “danışıqlar prosesinə göstərilən təsir” baxımından Nikol Paşinyanın bəyanatları Azərbaycan prezidenti İlham Əliyevin bəyanatlarıyla müqayisə belə olunmaz, amma Azərbaycan XİN-i, təbii olaraq, Əliyevin ağzından bir bütün xalq üçün təhqir sayılan və bir dövlət başçısı üçün nalayiq olan ifadələri eşitmir. Şəxsən Əliyev tərəfindən nifrət təbliğatının ən yaxşı nümunələrdən biri də öz məmurlarına və müxalifətə “ermənidən pis” deməsidir.