BaşlıcaTəhlil

Danışıqlar prosesi çıxılmaz vəziyyətə girdi: Ermənistan nə etməlidir?

Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, danışıqların mənası olmalıdır. Politoloq Narek Qalstyan Nikol Paşinyanın bəyanatına münasibət bildirib. Onun sözlərinə görə, bu şəraitlərdə danışıqlar prosesinin yenidən başlanması çətin olacaq.

“Əgər bundan əvvəl tərəflər arasında etimad mühiti tam bərpa olunmasa da, bəzi addımlar edilirdi, indi etimad tamamilə yoxdur. Erməni tərəfi artıq Azərbaycan tərəfindən yenə belə bir əməliyyatın başlanmasını gözləyir. Erməni tərəfi heç vaxt da rəqibə tam etibar etmirdi, amma indi son qarşıdurmalardan sonra Azərbaycan tərəfindən danışıqlar prosesinə böyük zərbə vuruldu”,-politoloq qeyd edir.

Qalstyanın fikrincə, psixolojik amil də vardır. Azərbaycan həm canlı qüvvə, həm də mövqelər baxımından böyük itkilər verib.

Politoloq qeyd edib ki, əməliyyatlar ER ərazisində idi və xaricdə bunu həll olunmamış bir konfliktin olması ilə əsaslandıra bilməzlər. Bu məhz Ermənistana edilmiş hücumdu.

Qalstyanın fikrincə, Azərbaycanın addımlarını daha da diqqətlə izləməliyik.

Daha çox göstər
Back to top button