BaşlıcaSiyasət

ER-nın səfiri: Moskvada ermənilər və azərbaycanlılar arasındakı toqquşmalar planlaşdırılmış tədbirlər idi

Moskvada  ermənilər və azərbaycanlılar arasında cümə gecəsi baş verən toqquşmalar planlaşdırılmış tədbirlər idi. Bu barədə “Danışır Moskva” radiostansiyasına ER-nın Rusiyadakı səfiri Vardan Toğanyan deyib.

Bu hadislələr  Azərbaycan tərəfindən planlaşdırlmışdı. Onun sözlərincə, onlar diaspor nümayəndələriylə əlaqə saxlamağa çalışıb, lakin edə bilməyib.

“Bütün gecə belə məlumatlar aldıq. Moskvanın cənub-şərqində bir neçə belə hal qeydə alınıb. Çox yaxşı təşkil edilmiş dəstələrdir, yaxşı silahlanmış, hücum etdilər, yəqin ki, erməni nömrələri olan maşınları və ya ayrı-ayrı insanları izləyib böyük qarşıdurmaya başladılar. Ölüm, zərər çəkən yoxdur, bir neçə nəfər xəstəxanadadır. Fəaliyyətimizi hüquq-mühafizə orqanları ilə əlaqələndiririk və ictimai təşkilatlarla da əlaqə saxlayırıq. Biz sayıqlığınızı itirməməyə, təxribatlara uymamağa çağırırıq, çünki bu, Azərbaycandan ixrac olunan yaxşı təşkil olunmuş ermənofob siyasətdir. Məqsəd Rusiyadakı tarazlığımızı məhv etməkdir. Bu pərakəndə satış yerlərindən başlayan, təşkil edilmiş təxribatdır. Əgər addım atılmırsa, bunun çox ciddi nəticələri olacaq. Rusiya qanunvericiliyi var və indi bizim üçün vacibdir ki, bütün vətəndaşlar üçün çalışsın”.

O düşünür ki, aksiya ilə Azərbaycan hakimiyyətləri də əlaqədardır: “Mən düşünürəm ki, bu ilk növbədə Azərbaycan hakimiyyəti bütün bu illər ərzində və xüsusən son aylarda aylarda təcavüzkar ritorikasını artırması ilə əlaqədardır. Son bir neçə aylar  o öz əhalisini müharibəyə hazırladı izah edərək ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə mümkün həll yolu “azad etmək” naminə hərbi əməliyyatdır. Onlar bu ritorikanı Rusiya ərazisinə da ixrac etdilər”.

Hadisə yerində polis 13 nəfəri saxladı. İndi istimtaq aparılır.

Daha çox göstər
Back to top button