Başlıcaİctimaiyyət

Ermənistanda daha 451 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 451 nəfərdə koronavirus aşkarlanıb, 490 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 36 613-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 692-yə çatıb. İndiyədək 25 734 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 969 aktiv koronavirus xəstəsi var. İndiyədək 153 814 test aparılıb.

Daha çox göstər
Back to top button