ER Xarici İşlər Nazirliyi Azərbaycanın müxtəlif ölkələrdə etnik toqquşmalara səbəb olan hərəkətlərini pisləyir. Xarici İşlər Nazirliyi son zamanlar müxtəlif ölkələrdə Ermənistan vətəndaşlarına və erməni icmasının üzvlərinə qarşı zorakılıq hallarına toxunaraq belə bir bəyanatla çıxış edib.
Daha əvvəl xəbər verdik ki, bu gecə Moskvada ermənilərə hücum edildi. İnternetdə yayımlanan videolarda erməni nömrəli avtomobildə olan sürücünün, qoca kişinin, küçədə dayanan kişilərin necə döyüldüyü görülür.
“Bu hərəkətlərin genişlənən coğrafiyası, Azərbaycan rəsmilərinin ER diplomatik nümayəndəliklərinə qarşı əməliyyatlarda iştirak etməsi bu hərəkətlərin Azərbaycanın dövlət strukturları tərəfindən idarə olunduğunu göstərir”, – deyə məlumatda bildirilir.
XİN bildirir ki, müxtəlif ölkələrdə etnik qarşıdurmalara səbəb olma təcrübəsi Bakının məsuliyyətsizliyinin daha bir təzahürüdür. XİN bəyanatına əsasən, bu hərəkətlər Azəerbaycan hakimiyyətinin, coğrafi məhdudiyyət olmadan iki xalq arasında ritorika və düşmənçilik təxribatı siyasətinə tam uyğundur.
Eyni zamanda, XİN ER vətəndaşlarını ayıq olmağa, hər hansı bir təxribata yol verməməyə və bu kimi hallarda dərhal yerli hüquq-mühafizə orqanları, erməni icma strukturları və ER diplomatik nümayəndələri ilə əlaqə yaratmağa çağırır.