ER Baş nazirinin həyat yoldaşı, “Qadınlar sülh naminə” kampaniyasının müəllifi Anna Hakobyan öz Facebook səhifəsində dünyanın müxtəlif şəhərlərindəki ermənilərlə azərbaycanlılar arasındakı qarşıdurmalara toxunub. “Armenpress”-ə əsasən, Anna Hakobyan yazıb ki, iyulun 13-də, Azərbaycanın hücumu nəticəsində Ermənistan-Azərbaycan sərhəddində aktiv hərbi əməliyyatlar başlamış və genişlənməyə hazırlaşdığı zaman o, azərbaycanlı qadın və anaları “ölkə rəhbərliyinə hərbi əməliyyatları dayandırmağa və Azərbaycan və Ermənistan xalqlarının övladlarının həyatı üçün təhlükə yaratmamağa” çağırıb.
“Mən bunu “Qadınlar sülh naminə” kampaniyasının müəllifi kimi etdim. Kampaniyanın məqsədi qadınları müharibəyə qarşı birləşdirmək, münaqişə edən ölkələrin liderlərinin danışıqlar masasında münaqişələrin həllini axtarmaları üçün əlverişli mühit yaratmaqdır.
Azərbaycan əsgərlərinin bir neçə anası bu çağırışa hakimiyyət tərəfindən ciddi nəzarət edilən Azərbaycan mediası vasitəsi ilə cavab verdi. Onların dedikəlri aşağıdakı sətirlərdə ümumiləşdirildi: Əsgərin anası olaraq deyirəm, Mübarizə! İrəli Azərbaycan əsgəri, İrəli! Stepanakertdə bayrağımızı dalğalandırmaq üçün mübarizə. Əsgərin yeganə anası vətəndir. Vətən uğrunda mübarizə müqəddəsdir.
Beləliklə, Azərbaycan dövlət təbliğatına görə, Azərbaycan anaları döyüşlərini dayandırmaq və sülhə doğru getmək çağırışımdan imtina edərək elan etdilər ki, oğullarını döyüşə və müqəddəs mübarizədə ölməyə göndərirlər. Sonrakı günlərdə çox sayda azərbaycanlı ölüb.
“Azərbaycan dövlət təbliğat maşını Azərbaycan xalqının ehtiraslarını cilovlaya bilmədi”- deyə Hakobyan yazıb.
ER Baş nazirinin həyat yoldaşı qeyd etdi ki, artıq bir neçə gündür “vətən uğrunda müqəddəs mübarizə” münaqişə zonasının sərhədlərindən kənara çıxmışdır.
“Rusiyada və Avropanın digər ölkələrində yaşayan azərbaycanlılar ölmüş həmvətənlərinin qisasını almaq üçün həmin şəhərlərdə ermənilərə qarşı müxtəlif hərəkətlər etməyə başladılar: əvvəlcə ayaqları ilə erməni əriklərinə hücum etdilər, sonra öz ticarət mərkəzlərində ərik satışını qadağan etdilər, etiraz aksiyası zamanı onlar erməni qadınlarına hücum etdilər, ER diplomatik nümayəndəliyinin avtomobilini yandırdılar, erməni maşınları və dükanlarını darmadağın etdilər, bir neçə nəfər bir erməniyə hücum etdi və döydülər.
Onların bu hərəkətləri cavabsız qalmadı. Soydaşlarımız təbii olaraq özlərini müdafiə etməli idilər.
Bu günlərdə ermənilər və azərbaycanlılar artıq dünyanın müxtəlif ölkələrinin paytaxtlarında və şəhərlərində döyüşürlər aparırır.
İndi yalnız sərhəddə dayanan hərbçilərin həyatı təhlükə altında deyil, həm də Moskva, Brüssel və Los-Ancelesdə yaşayan hər hansı bir azərbaycanlının və ya erməninin həyatı təhlükə altındadır.
İndi isə övladları uğrunda mübarizə aparan azərbaycanlı analar müxtəlif beynəlxalq təşkilatlara, insan hüquqları üzrə QHT-lərə müraciət etməyə başladılar. Sonuncular müdaxilə etməyə, qiymətləndirməyə, müxtəlif ölkələrdə baş verənlərin qarşısını almağa çağırılır”- deyə Hakobyan yazıb.
Onun sözlərinə görə, sülh çağırışından imtina edən və xalqını müharibəyə aparan qadınlar, indi də eyni müharibənin nəticələri üçün məsuliyyəti başqalarının çiyninə yükləməyə çalışırlar.
“Bir erməni qadını və anası olaraq birbaşa söyləməliyəm ki, erməni anaları nəinki oğullarını müharibəyə göndərməkdən qorxmur, həm də şəxsən vətən uğrunda mübarizə aparmaqdan və ölməkdən qorxmur.
Amma erməni analar sülhə üstünlük verirlər. Əminəm ki, azərbaycanlı analar, bacılar və qızlar da.
Azərbaycan anaları nəhayət bir suala cavab tapmalıdırlar: oğullarının qanı vətən uğrunda, yoxsa diktator idarəçiliyinin uzun ömrü üçün axır?
Azərbaycan qadınlarını və analarını daha cəsarətli olmağa, “Qadınlar sülh naminə” kampaniyasına qoşulmağa, ölkələrin hakimiyyət orqanlarını münaqişənin hərbi yolla həll edilməsi ilə bağlı vəsvəsələrindən imtina etməyə və danışıqlar masasında sülh yolu ilə həll etməyə məcbur etməyə çağırıram.
Çünki şiddət öz arxasından yeni şiddətlər gətirir.
Sülhün isə alternativi yoxdur.
Azərbaycan qadınları, siz evdə oturub müharibədən imtina edə, sülh üçün sözünüzü deyə bilərsiniz. Bunun üçün sadəcə “Qadınlar sülh naminə” veb saytının “Dəstək edirəm” bölməsində qeydiyyatdan keçirmək laızmdır. Dəstəyiniz çox vacibdir. “Əgər minsinizsə, hökumət sizdən qisas ala bilməz, əksinə, tələbini nəzərə almağa məcbur olacaq”- deyə Hakobyan yazıb.