
“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Gürcüstanın Sadaxlo kəndində azərbaycanlılar bir erməniyə hücum edib.Bu haqda “Sputnik Armeniya”ya verdiyi müsahibəsində
“Aliq Media” agentliyinin jurnalisti Norayr Gasparyan azərbaycanlıların və öz dostu arasında toqquşma baş verib Ancaq baş verənlərin səbəbi milli fon üzərində olub-olmaması hələlik bəlli deyil.
O, qeyd edib ki, dostuna heç bir ciddi xələl toxunnmayıb.Hazırkı anda toqquşma başa çatıb, zərər çəkən tərəf polisdə izahat verir.
Xatırladaq ki, son günlər Rusiyada, eləcə də bir sıra Avropa ölkələrində və ABŞ-da ermənilərlə azərbaycanlılar arasında bir neçə dəfə toqquşma olub.