ER Parlamentinin “İşıqlı Ermənistan fraksiyasının deputatı Edmon Marukyan öz Facebook səhifəsində Azərbaycan hakimiyyəti tərəfindən təqib olunan və Belçikada siyasi sığınacaq Tapmış Arif Məmmədovun videomüraciətini yerləşdirib və burada ermənilərə qarşı bütün son iğtişaşların Azərbaycan xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu qeyd etdi.
“İndi məlumat var ki, təxribat yolu ilə xaricdə yaşayan Əliyev rejiminə qarşı vuruşan fiqurlardan qisas almağa çalışacaqlar və sonra bunun ermənilər tərəfindən keçirildiyini deyəcəklər.
Azərbaycan hakimiyyəti tərəfindən təqib olunan və Belçikada siyasi sığınacaq almış Arif Məmmədovun son zamanlarda ermənilərə qarşı bütün iğtişaşların Azərbaycan xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğu video mesajını diqqətlə dinləyin.
Bir daha soydaşlarımızı hər cür təxribatdan uzaq olmağa, ayıq və təmkinli olmağa çağırırıq. “Bu videonu yaya bilərsiniz ki, diasporada yaşayan həmvətənlərimizə bu təxribatların necə təşkil edildiyi barədə məlumat verilsin və mümkün qədər bu cür hadisələrdən uzaq olsunlar”-deyərək Marukyan yazıb.