Rusiya heç vaxt Cənubi Qafqazda müstəsna oyunçu olmayıb, başqa qüvvələr də var və onlar həmişə vəziyyətin sabitləşməsində maraqlı olmayıb.
“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Rusiya tərəfi Cənubi Qafqazdakı Qarabağ münaqişəsi ilə bağlı bütün təhdidlərin və risklərin qarşısını almağa çalışır, lakin heç bir xarici oyunçu da vəziyyətin sabitləşməsində maraqlı deyil. Belə bir fikri politoloq Andrey Areşyev “Sputnik Armeniya” ilə söhbətində bildirib.
Münaqişə ətrafındakı vəziyyət Ermənistan-Azərbaycan sərhədində son döyüşlərdən sonra son dərəcə gərgin olaraq qalmaqdadır. Əslində, bu günlərdə Rusiyada, dünyanın bir sıra şəhərlərində ermənilərlə azərbaycanlılar arasında kütləvi toqquşmaların baş verdiyini nəzərə alaraq demək olar ki,münaqişə bölgənin hüdudlarından kənara çıxmışdır.
“Bununla yanaşı, Ermənistan və Azərbaycan arasında danışıqlar Rusiya tərəfinin vasitəçiliyi ilə eyni zamanda həm rəsmi, həm də qeyri-rəsmi şəkildə aparılır. Qafqazda silahlı qarşıdurmanın hər hansı bir kəskinləşməsinin Rusiya üçün, o cümlədən daxili sabitlik baxımından arzuolunmaz olduğu aydındır.
Rusiyanın nəhəng şəhərlərində harada ki, yan-yanaşı erməni və azərbaycanlı icmalar yaşayır, onlar arasında daha müntəzəm xarakter daşıyır.Busa həddindən artıq təhlükəlidir”-deyərək Areşyev qeyd edib.
Bununla belə ekspertə görə məsələ ondan ibarətdir ki, Rusiya Zakavkaziyada heç vaxt müstəsna oyunçu olmayıb ki, o da tərəfləri hansısa kompromizsli qərara çatdırsın. .
Ardıcıl olaraq güc yolu ilə məsələnin həllini dəstəkləyən Türkiyə Rusiyanın səylərinə ciddi maneələr yaradır. Ankara Bakını açıq şəkildə dəstəkləyir, münaqişəni bölgədən kənarda yayanlara müəyyən qətiyyət verir, Qarabağ münaqişəsindən Rusiyaya və bir sıra Avropa ölkələrinə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə edir.
Ancaq problem təkcə Türkiyədə deyil. Areşyev , Rusiya ilə ATƏT-in Minsk Qrupunun digər vasitəçiləri, ABŞ və Fransa arasında Qarabağ məsələsində tam razılıq olduğuna dair populyar fikirlə razılaşmır. Mümkündür ki, Moskva ilə Qərb arasındakı ziddiyyətlər Qarabağ müzakirələrində o qədər də kəskin deyil, amma əmindir ki, onlar var.
“ABŞ-da fərqli dövrlərdə fərqli proqramların, xüsusən də ABŞ və ya NATO-nun və ya digər strukturunun Xəzər bölgəsi işlərinə müdaxiləsi ilə əlaqəli proqramların işləndiyini unutmamışıq. Düşünmürəm ki, bu proqramlar indi unudulub.
Bu və ya digər şəkildə, onlar bölgədəki və ətrafındakı vəziyyətə təsir edir”-deyərək rusiyalı politoloq qeyd edib.
Hər halda,o əmindir ki, Rusiya qısa və orta müddətdə münaqişənin kəskinləşməsinin qarşısını almağa, məsələni bəzi, hətta kövrək status-kvoya çatdırmağa çalışacaqdır.
Xatırladaq ki, son günlər Ermənistan-Azərbaycan sərhəddində qeydə alınan gərginlik səbəbindən müxtəlif ölkələrdəki erməni icmasının nümayəndələri bu ölkənin təcavüzkar davranışlarından şikayət edərək Azərbaycan səfirliklərinin qarşısında aksiyalar keçirirlər.
Dinc hərəkətlər çox vaxt ermənilərlə azərbaycanlılar arasında qarşıdurmaya çevrilir. Xüsusilə Polşa, Böyük Britaniya, ABŞ, Moldovada qarşıdurmalar oldu. Bütün bunların fonunda Rusiyada da çoxsaylı ixtişaş hadisələri qeydə alınmışdır.