
“RİA Novosti”-nin Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, birgə Azərbaycan-Türkiyə hərbi təlimləri iyulun 29-dan avqustun 10-dək, o cümlədən Naxicevanda keçiriləcək.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında müqaviləyə əsasən, illik plana uyğun olaraq, döyüş hazırlığı, quru qoşunları və hava qüvvələrinin iştirakı ilə ölkəmizdə genişmiqyaslı birgə Azərbaycan-Türkiyə taktiki və uçuş-taktiki hərbi təlimləri keçiriləcəkdir.
Mətbuat xidmətindən verilən məlumata görə, ortaq manevrdə şəxsi heyət, zirehli texnikalar, artilleriya və qumbaraatanlar, habelə hərbi təyyarələr və hava hücumundan müdafiə vasitələri iştirak edəcək.