Başlıcaİctimaiyyət

Azərbaycanda 412 nəfər koronavirusa yoluxub, 7 nəfər, o cümlədən bir jurnalist ölüb

Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 412 yeni fakt qeydə alınıb, 631 müalicə olunub, 7 nəfər vəfat edib. Bu barədə iyulun 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Bu gün Azərbaycanın İctimai Telelviziyanın redaktoru Əmrah Fəqanoğlu da koronavirus diaqnozu ilə xəstəxanada ölüb.

İnidyədək COVİD-19-a iyirmidən çox jurnalist yoluxub. Azərbaycan Dövlət Televiziyasının iki jurnalisti də koronavirusdan ölüb.

Pandemiya başlayandan yoluxmuş şəxslərin ümumi sayı 30 858 təşkil edib. Onlardan 23 873 nəfər müalicə olunub, 430 nəfər vəfat edib. Hazırda 6 555 nəfər müalicə olunur. Sutka ərzində 8 429 test, pandemiya dövründə 698 815 test keçirilib.

Daha çox göstər
Back to top button