Başlıcaİctimaiyyət

Ermənistanda daha 239 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 239 nəfərdə koronavirus aşkarlanıb, 692 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 629-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 719-a çatıb. İndiyədək 27 357 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 330 aktiv koronavirus xəstəsi var. İndiyədək 158 527 test aparılıb.

Daha çox göstər
Back to top button