Moskvada ermənilərlə azərbaycanlılar arasında başa verən davanın 10 iştirakçısı saxlanılıb
Moskva məhkəmələri iyulun 24-də ermənilərlə azərbaycanlılar arasında başa verən davanın 10 iştirakçısını həbs edib. Bu barədə ТАСС yazıb.
Moskvanın Nikulin rayon Məhkəməsinə kütləvi davada iştirak etmiş beş nəfərin istintaq təcridxanasına göndərilməsi tələbi daxil olub.
Rayon məhkəməsindən bildiriblər ki, Seyran Nikoyan, Artak Nikoyan, Argishti Petrosyan, Armen Apreyan, Arsen Apreyanın saxlanmasına dair müraciət daxil olub. Onlar qrup halında xuliqanlıq etməkdə təqsirli bilinirlər.
Daha əvvəl Troitski Məhkəməsində eyni iş üzrə azərbaycanlı A. Mojlumov və Kuzminsk Məhkəməsində daha 4 azərbaycanlı saxlanılmışdı.
Xatırladaq ki, Moskvada ermənilərlə azərbaycanlılar arasında baş verən davadan sonra 30 nəfər saxlanılmışdı
Ermənilər və azərbaycanlılar arasında kütləvi davalar iyulun 24-dən başlamışdı.