Başlıcaİctimaiyyət

Moskvada ermənilərlə azərbaycanlılar arasında toqquşmaların 15 iştirakçısını həbs edilib

Moskva məhkəmələri şəhərin müxtəlif rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmaların 15 iştirakçısını həbs edib. Bu barədə TASS bildirib.

Belə ki, Nikulin məhkəməsi əslən Ermənistandan yeddi nəfəri CM-in 213-cü maddəsinin 2-ci hissəsi (bir qrup şəxsin tərkibində xuliqanlıq) üzrə ittihamla həbs edib.

Öz növbəsində Troitsk məhkəməsi Azərbaycandan olan dörd nəfəri eyni maddə ilə həbs edib. Kuzmin məhkəməsi isə eyni sayda azərbaycanlını həbs edib.

Xatırladaq ki, ermənilər və azərbaycanlılar arasında kütləvi davalar iyulun 24-dən başlamışdı.

Daha çox göstər
Back to top button