
Tavuş rayonunun sərhəd zonasında gərginlik nəticəsində yaralanan hərbçilərdən doqquzu hazırda xəstəxanalardadır. Bunu News.am-a Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib.
Yaralı hərbçilərdən 5-nin vəziyyəti qənaətbəxşdir, 4-ün vəziyyətikafidir. Xatırladaq ki, iyulun 12-dən bəri Ermənistan-Azərbaycan dövlət sərhəddinin Şimal-Şərq hissəsindəki hərbi əməliyyatlar nəticəsində bir neçə gün ərzində sərhəddə vəziyyət gərgin idi. Erməni tərəfinin 5 itkisi olub.