
Azərbaycan qadınları arasında ER Baş nazirinin xanımı Anna Hakobyanın sülhə çağırışına və “Qadınlar sülh naminə” kampaniyasınaolan aktivləşmə var.”Armenpress”in verdiyi məlumata görə,bu haqda ER Baş nazirin xanımı Anna Hakobyanın mətbuat katibi Hasmik Harutunyan bildirib.
Onun sözlərinə görə, Anna xanım Hakobyanın təşəbbüsü ilə eyni adlı veb saytı olan “Qadınlar sülh naminə” kampaniyası müxtəlif ölkələrdə böyük maraq irıli sürüb.
“Son günlərdə veb sayt müxtəlif ölkələrdən yarım milyondan çox ziyarətçi qəbul etdi. Qeyd etmək lazımdır ki, qeydiyyatdan keçənlərin sayı da çoxdur.”Azərbaycan qadınlarına gəldikdə, Azərbaycandan həmçinin fəallıq var.Amma Azərbaycanda hökm sürən vəziyyəti hesaba almaqla Vicdan azadlığı və insan hüquqlarının pozulması baxımından Azərbaycan, bu qadınların təhlükəsizliyi səbəbi ilə hər hansı bir məlumat yaymayacağıq”- deyərək Hasmik Harutunyan qeyd edib.
Xatırladaq ki, iyulun 25-də Anna Hakobyan azərbaycanlı qadınları “Qadınlar sülh naminə” aksiyasına qoşulmağa çağırdı. O, azərbaycanlı qadın və anaları “ölkələrinin rəhbərliyini hərbi əməliyyatları dayandırmağa və Azərbaycan və Ermənistan xalqlarının övladlarının həyatı üçün təhlükə yaratmamağa” çağırıb.