
İyulun 28-dən 29-na keçən gecə və bu gün səhər Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyət nisbətən sakitdi. Bu barədə ER Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan öz Facebook səhifəsində yazıb.
O qeyd etdi ki, Azərbaycan tərəfi atıcı silahlarla atəşkə rejimini 22 dəfə pozmaqla erməni mövqelərinə qarşı 497 güllə atıb.
“Kolagir, Movses, Nerkin Karmirağbyur, Koti istiqamətlərində yerləşən döyüş mövqelərinin ayrı hissələrinə 5 dəfə, Yerasx, Çiva, Zangakatun, Yelpin istiqamətlərində yerləşən döyüş mövqelərinə 5 dəfə, Bardzruni, Angeğakot istiqamətində yerləşən döyüş mövqelərinin ayrı hissələrinə isə, 12 dəfə atəş açılıb”