Siyasət

ER Baş naziri Türkiyə niyyətləri barədə: “Qüvvələr var ki, münaqişəni qızışdırır”

Rusiyanın RBC telekanalına verdiyi müsahibədə ER Baş naziri Nikol Paşinyan, son dövrlərdə baş verən Ermənistan-Azərbaycan eskalasiyası fonunda genişmiqyaslı müharibənin olacağını istisna etmədi, çünki münaqişəni qızışdıran qüvvələr və ölkələr var. “Armenpress”-in verdiyi məlumata görə, jurnalistin o ölkələrin hansı olduğunu deyə biləcəyini soruşduqda, Paşinyan cavab verdi ki, ilk növbədə bu Türkiyədir.

“Bunun üçün mövcud maraqlar var – tarixi səbəblər, çünki Türkiyə Erməni Soyqırımı siyasətindən imtina etməyib.” Türkiyə prezidenti nəinki 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş Erməni Soyqırımı faktını tanımır, hətta onu  əsaslandırır “ –deyərək  Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyənin bu cür davranışının başqa bir amili var.

“Türkiyə, keçən əsrin əvvəllərində olduğu kimi, Cənubi Qafqaza nəzarət etmək xəyalına sahibdir. Sovet İttifaqının  süqutundan 30 il sonra bu xəyal və hədəfin gerçəkləşməsi üçün hər gün çalışır”- deyərək qeyd edib.

ER Baş naziri düşünür ki, ilk növbədə Rusiya başa düşür ki, bütün bunlar geosiyasi inkişafa səbəb ola bilər.

Daha çox göstər
Back to top button