ER Müdafiə naziri Davit Tonoyan iyulun 28-də Rusiya Federasiyasının ER-dakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkinlə görüşüb. Görüşdə RF-nın ER-dakı səfirliyinin hərbi attaşesi, polkovnik Andrey Grişçuk da iştirak etdi.
ER Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, habelə bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə etdilər.
ER Müdafiə naziri səfirə Ermənistan-Azərbaycan dövlət sərhədindəki və Artsax-Azərbaycan təmas xəttindəki son vəziyyətlə bağlı məlumat verdi və Rusiya tərəfinin konstruktiv və sabitləşdirici rolunu vurğuladı.
Davit Tonoyan, Azərbaycan və Türkiyənin bölgədəki təhlükəsizlik vəziyyətini gərginləşdirən siyasi və hərbi addımlarıyla bağlı fikirlərini bölüşərək, Ermənistan Silahlı Qüvvələrinin, eləcə də Ermənistan-Rusiya ortaq bölmələrinin vəziyyətin hər hansı bir inkişafına hazır omalarını qeyd edib.
Səfir Kopirkin Rusiyanın bölgədə sabitliyin bərqərar olması ilə bağlı mövqeyini bir daha təsdiqlədi, Rusiya tərəfinin bu istiqamətdə bütün lazımi tədbirləri gördüyünü bildirdi.
Tərəflər ikitərəfli hərbi əməkdaşlıq prosesini, o cümlədən birgə döyüş hazırlığı, Ermənistan Respublikası və Rusiya Federasiyası ərazisində keçiriləcək hərbi təlimlərin təşkili məsələlərini də müzakirə etdilər.