BaşlıcaSiyasət

ER SQ, ehtiyatda olanlar daxil olmaqla yeni silahlarından istifadə bacarıqları artacaqlar

Son illərdə ER Silahlı Qüvvələri yeni və müasir silah növləri ilə təchiz olunub. Erməni ordusunun döyüş effektivliyini qorumaq və gücləndirməyə yönəlmiş bu addımlara alternativ yoxdur. Silahlı Qüvvələrin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün bu silahlardan istifadə etmək qabiliyyətiylə ehtiyatda olanların peşəkar hazırlıq keyfiyyətini də daim artırmaq lazımdır.

“Armenpres” xəbər verir ki, bu məqsədlə ER Silahlı Qüvvələri mütəmadi olaraq təlimlər keçirir. Bu proses Silahlı Qüvvələrdə daim səmərəli birləşmələrin olmasını təşviq edir.

Ordu qarşısında qoyulmuş bu vacib problemi həll etmək üçün ER Müdafiə Nazirliyi 2020-ci ilin sentyabrın 15-dən dekabrın 15-dək, üç ay müddətinə rezervlərin birinci qrupunun birinci kateqoriyasında qeydiyyata alınan sıravi, gizir və zabitlər üçün təlim düşərgələri nəzərdə tutur. Qərar layihəsində həmin aylar ərzində ehtiyatda olan hərbçi və zabitlərin hər biri 10 gün müddətində məşqlərdə iştirak edəcəyi nəzərdə tutulur.

Məşqlərdə cəmi 786 vətəndaş cəlb ediləcək ki, onlardan ehtiyatda olan 524 sıravi, 82 gizir, 180 zabit iştirak edəcəkdir.

Ermənistan-Azərbaycan sərhədində son hadisələrin fonunda təlimlər xüsusi əhəmiyyət daşıyır. Bu hadisələr zamanı hərbi əməliyyatlarda ən son silahların effektiv istifadəsi daha mühüm sayılır, buna görə müvafiq imkanlara malik ehtiyat qüvvənin yaradılması prioritet məsələyə çevrilir.

Daha çox göstər
Back to top button