BaşlıcaSiyasət

ER SQ-nin BQ rəisi ABŞ səfirini qəbul edib

İyulun 28-də Ermənistan Respublikası Silahlı qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Onik Qasparyan ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Tracy və səfirliyin Hərbi attaşesi, polkovnik Skott Maksvellə qəbul etdi. Bu barədə “Armenpress”ə, ER  Müdafiə nazirliyinin İnformasiya  İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Ermənistan-Amerika müdafiə sahəsində ikitərəfli əməkdaşlığı, görülən tədbirlər, habelə Ermənistan-Azərbaycan sərhədində iyulun 12-dən bəri qeydə alınan gərginliyin artması, mövcud vəziyyətlə bağlı məsələlərə toxunulub.

Tərəflər gələcək əməkdaşlıq proqramları və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə etdilər.

Daha çox göstər
Back to top button