
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan Xİ nazirləri, eləcə də Rusiya, Fransa və ABŞ tərəfindən ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə payızda görüşünün baş tuta biləcəyini bildirdi.
“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Ermənistan tərəfinin ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilən 3 + 2 görüşü barədə məlumatı yoxdur. “Sputnik Armeniya”-ın müxbiri ilə söhbətində ER Xarici işlər nazirliyinin sözçüsü Anna Naqdalyan deyib.
Daha öncə verilən məlumata görə, RF-nın Xarici işlər nazirliyindəki bir mənbə “RİA Novosti”-yə açıqlamasında demişdir ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirmişdir ki, həmsədrlərin iştirakı ilə görüş payızda baş tuta bilər.
“Hazırda əsas məsələ olduqca gərgin olan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti ləğv etmək və ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik qərarlar qəbul etməkdir” – deyərək Rusiya Xarici işlər nazirliyindəki mənbə bildirib.
Mümkün görüş yeri hələ qərara alınmadığını, ancaq hər hansısa bir yerdə keçiriləcəyi qeyd edilib.