Başlıcaİctimaiyyət

Ermənilərlə azərbaycanlılar arasındakı davalar Qafqaz sərhədlərindən çıxdı

“Qafqazda atışmalar dayandı, amma ermənilər və azərbaycanlılar arasında dünyanın müxtəlif tərəflərində baş verən toqquşmalar və hücumların görünməmiş sırası münaqişə atəşini alovlandırmağa davam edir”,-deyə Eurasianet yazıb və keçən həfət ermənilərlə azərbaycanlılar arasında dünyanın bir sıra şəhərlərində baş verən toqquşmaları xatırladıb.

Həmçinin qeyd olunub ki, toqquşmaların miqyasları görünməmişdi və bu mövzu həm Ermənistan, həm Azərbaycan mediasının əsas mövzusuna çəvirildi.

“İki ölkənin diaspor nümayəndələri arasındakı toqquşma 12 iyul Ermənistan-Azərbaycan sərhədində baş verən təcavüzün nəticəsidir. Ağır toqquşmaların bir neçə gün davam etməsinə baxmayaraq, Ermənistan və Azərbaycan xaricində yaşayan diaspor nümayəndələri arasında dünyanın digər yerlərində də gərginlik davam edir”. Mənbə xatırladıb ki, ilk ciddi hadisə Moskvada olmuşdu, haçan ki, azərbaycanlı iş adamı özünə aid bazarda erməni əriklərinin satışını qadağan etdi. Ondan sonra Moskvada və Rusiyanın digər hissələrində toqquşmalar başladı.

Sonra isə, mənbə Los Ancelesdəki Azərbaycan Konsulluğunun binası yaxınlığında, həmçinin Belçika və Moskvadakı hadisələrə toxundu.

Qeyd olunur ki, bu cür toqquşmalar hətta 2016-cı ildə yox idi.

Daha çox göstər
Back to top button