BaşlıcaMədəniyyət

Erməni prodüser Sergey Sarkisovun filmi “Emmi” mükafatı alıb

Erməni prodüser Sergey Sarkisovun “İçimizdəki nifrət” filmi “Emmi” mükafatı alıb.

Filmin prodüserləri David McKenzie, Montel Williams, Din Kane, Sergey Sarkisov və Laura McKenziedir. Rejissor erməni əsilli David McKenziedir.

Sənədli film bu gün dünyada geniş yayılmış antisemitizm mövzusuna həsr olunub. Film Yəhudi Soyqırımından (Holokost) sağ qalan və 2018-ci ildə öz evində nifrət zəminində öldürülən 85 yaşlı Mireille Knollun ailəsindən bəhs edir.

“Emmi” mükafatına layiq görülən prodüserlər heyətinin Erməni Soyqırımına həsr olunmuş “Architects of Denial” adlı sənədli filmi də vardır. Filmin premyerası 2018-ci ildə Ermənistanda baş verib.

Daha çox göstər
Back to top button