BaşlıcaSiyasət

Ermənistan Türkiyə tərəfindən ER ərazisinə inspeksiya səfərlərinin dayandırılması barədə bəyan edib

Ermənistan Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və Vyana sənədi çərçivəsində Türkiyə tərəfindən ER ərazisinə inspeksiya səfərlərinin dayandırılması barədə bəyan edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sənəddə qeyd olunur ki, Türkiyə iyulun 12-dən Tavuş istiqamətində Azərbaycan tərəfinin hücumlarının kontekstində Ermənistana qarşı görünməmiş təhdidlər və Azərbaycanı dəsətəkləyən hərəkətləri ilə çıxış edir və bunlar həmçinin iyulun 29-da Ermənistan sərhədlərinin yaxınlığında Azərbaycanla birlikdə genişmiqyaslı hərbi təlimlərin başlanmasında da əks olunur.

Yaranmış vəziyyəti nəzərə alaraq, iyulun 29-da ER-nın ATƏT-dəki daimi missyası ATƏT-in iştirakçı-dövlətlərini və Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilənin üzv dövlətlərini bəyanat yayaraq məlumatlandırdı ki, Ermənistan Respublikası bundan sonra Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və Vyana sənədi çərçivəsində Türkiyə Respublikası tərəfindən ER ərazisinə edilən inspeksiya səfərlərini dayandırır.

Bəyanata əsasən, Ermənistan bu qərarı Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilənin və Vyana sənədinin prinsipləri və Ermənistanın təhlükəsizlik maraqlar və narahatlıqları əsasında qəbul edib.

Ermənistana qarşı hərbi əməliyyatlarda Azərbaycanı açıq-aşkar dəsətkləyən və görünməmiş təhdidlərlə çıxış edən Türkiyə tərəfindən ER ərazisində hər hansı bir inspeksiya səfərnin həyata keçirilməsi Ermənistanın təhlükəsizlik maraqlarına mənfi təsir edəcək və Ermənistan əհalisinin təhlükəsizliyinə xələl gətirə bilər.

Daha çox göstər
Back to top button