Başlıcaİctimaiyyət

Ermənistanda daha 259 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 259 nəfərdə koronavirus aşkarlanıb, 542 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 196-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 728-ə çatıb. İndiyədək 28 366 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 8 877 aktiv koronavirus xəstəsi var. İndiyədək 161 754 test aparılıb.

Daha çox göstər
Back to top button