
Fransanın Xarici işlər naziri Jan-İv Le Drian parlamentdəki çıxışında Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün bütün səylərini göstərəcəyini söylədi.
Tert.am-in məlumatınca bu haqda LCP-nin Twitter hesabı məlumat verib.
Nazir qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədindəki son gərginlik, xüsusilə Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhədində baş verdiyindən narahatlıq doğurur.
“Hərbi həll ola bilməz.Siyasi bir həll tapılmalıdır. Ümid edirəm ki, bunu etmək nail olacaq” –deyərək Le Drian bildirib. O, qeyd edib ki, Paris münaqişənin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək. Nazir xatırladıb ki, Fransa münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir