
İyulun 29-dan 30-na keçən gecə və bu gün səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyət nisbətən sakitdi. Bunu ER Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan öz facebook səhifəsində yazıb.
“Azərbaycan tərəfi atıcı silahlardan atəşkəs rejimini 15 dəfə pozaraq erməni mövqelərinə qarşı 120-dən artıq güllə atıb”.
Stepanyan həmçinin qeyd edib ki, Çambarak istiqamətində yerləşən döyüş mövqelərinin ayrı hissələrində 2 dəfə, Çinari, aygedzor, Movses, Paravakar, Koti istiqamətlərində 8 dəfə atəş açılıb.
Yerasx, Areni, Zangakatun istiqamətlərində yerləşən döyüş mövqelərinin ayrı hissələri də 5 dəfə atəşə tutulub.
MN sözçüsü qeyd edir ki, rəqib iki dəfə İgla-S sistemdən nəticəsiz atəş açdı.