Ermənistan Qarabağ münaqişəsi zonasında və Azərbaycan ilə sərhədində 1994-cü ildən bəri fəaliyyətdə olan atəşkəs rejimini qorumağa hazırdır. Bu barədə “The Jerusalem Post” ilə söhbətində ER Xİ naziri Zohrab Mnatsakanyan deyib.
Son vaxtlarda Azərbaycan ilə sərhədindəki Tavuş istiqamətində baş vermiş eskalasiya fonunda vəziyyət gərgin qalmaqdadır. Rəsmi mənbələr demək olar ki hər gün yeni atəş açmaları barədə məlumat verir. İki gün əvvəl azərbaycanlı snayper tərəfindən müqaviləli erməni hərbçisi ölümcül yaralanıb.
Mnatsakanyan sözlərincə, Azərbaycandan fərqli olaraq, Ermənistan beynəlxalq vasitəçilərin atəşkəs rejiminin möhkəmləndirilməsinə yönəlmiş bütün təkliflərinə razılıq verib – söhbət beynəlxalq müşahidəçilərin sayının artırılması və hadisələrin araşdırılması mexanizmlərinin tətbiqi ilə bağlıdır.
“Ermənistan eskalasiya risklərini azaltmaq üçün bu və ya digər tədbirləri davam etdir”- deyə nazir əlavə edib.