BaşlıcaSiyasət

Əliyevin bəyan etdiyi “nə qədər ki, gec deyil”-in nə zaman olacağı anlaşılmazdır: Davit Tonoyan

ER MN Davit Tonoyan Azərbaycanın hərbi-siyasi rəhbərliyinin sərt ritorikasına, xüsusən, Əliyevin “nə qədər ki, gec deyil, torpaqlarımızdan çıxmalıdırlar” ifadəsinə toxunaraq qeyd edib ki, erməni tərəfi üçün bu, “nə qədər ki, gec deyil”-in nə zaman olacağı anlaşılmazdır. Bu barədə Sputnik Armenia məlumat yayıb.

“Respublikamızın baş naziri və Artsax Prezidenti danışıqların davam etdirilməsinə çağıraraq, həmişə sülh çağırışlarıyla çıxış ediblər. Bu fonda qonşu ölkə rəhbərinin bu kimi ifadələri bizim üçün anlaşılmazdır. Müdafiə naziri olaraq, “nə qədər ki, gec deyil”-in nə zaman olacağı anlamaq istəyərdim”- deyə Tonoyan qeyd edib.

Azərbaycanın hərbi ali idarəliklərinin rəhbərlərinin hazır olduqları, sadəcə əmr gözlədikləri barədə sözlərinə toxunaraq, Ermənistan Müdafiə Nazirliyinin başçısı qeyd edib ki, elə deyil ki, onlar əmr gözləmirlər. “Tavuşdakı son əməliyyatlar göstərdi ki, rəqib hətta öz ən müasir vasitələri ilə uğur qazana bilmədi, çox itkilər verdi”- deyə Tonoya qeyd edib.

Daha çox göstər
Back to top button