ArtsaxBaşlıcaSiyasət

Arstax Parlamentinin deputatı: “Biz müharibədən qorxmuruq”

Artsax Respublikasının Parlamentinin xarici münasibətlər üzrə komitəsinin sədri, “Daşnaktsutyun” partiyasının deputatı Vahram Balayanın sözlərinə görə, Azərbaycan münaqişənin ilk günlərindən bəri Artsax ermənilərini azadlıq mübarizəsini qan içində boğmağa çalışır.

“Tert.am”-a müsahibəsində İlham Əliyevin bəyanatlaın toxunan deputat qeyd etdi ki, o Nikol Paşinyandan ER Silahlı Qüvvələrini Dağlıq Qarabağdan çıxartmağı istəyib, bu olmayana qədər sülh olmayacaq.

“Əliyev Artsaxın tək qalmasını, Ermənistan Respublikası və diasporanın dəstəyini almamasını və burada yaşayan dinc əhalinin qisasını almasını çox arzulayır”,- deyə o qeyd etdi.

Təsadüf deyildir ki, müstəqillik illərində Ermənistanın bütün rəhbərləri həmişə Ermənistanın Artsax təhlükəsizliyinin qarantı olduğunu bəyan etdilər.

“Hamı yaxşı bilir ki, doğma sərhədlərin, Artsaxın təhlükəsizliyinin və müstəqilliyinin qorunması birgə səylərlə mümkündür”- deputat vurğulayıb.

O bildirib ki, Əliyevin bəyanatına cavab olaraq müdafiə naziri bildirib ki, ermənix alqı həmişə müharibəyə hazırdır.

“Təbii ki, iki dövlətimiz həmişə sülh istəyir, amma müharibədən də qorxmuruk, çünki bilirik ki, geniş miqyaslı müharibə olduğunda qələbə bizim tərəfimizdə olacaq, çünki biz torpaqlarımız, ailəmiz uğrunda mübarizə aparırıq. İllər boyunca biz təcavüzkarın bəyanatlarından qorxmuruq və qorxmayacağıq”- deyə o bildirib.

Deputat hımçinin qeyd etdi ki, hər bir erməni çox yaxşı bilir ki, sərhəd gözətçisidir və hər an müharibə başlaya bilər.

Daha çox göstər
Back to top button