Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 32 443-ə çatıb

Avqustun 2-də Azərbaycanda 286 adam COVİD-19 infeksiyasına yoluxub, 639 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda indiyədək ümumilikdə 32 443 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 pasient ölüb. Hazırda aktiv xəstə sayı 4 868-dir.

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727, ötən müddət ərzində isə ümumilikdə 738 963 testin aparıldığı qeyd olunub.

Daha çox göstər
Back to top button