
ER Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan öz facebook səhifəsində Türkiyənin qırıcı təyyarələrinin ER sərhədinə yaxınlaşması barədə yayılan xəbərlərə toxunub.
Stepanyan qeyd edib ki, yayılan məumatkar həqiqətə uyğun deyil.
Qeyd edək ki, yayılan məlumatlarla bağlı MN-dən əlavə məlumat verilmir.
Xatırladaq ki, avqustun 2-də elə məlumatlar yayılmışdı guya Türkiyənin F-16 qırıcı təyyarələri uçuş aparırkən ER sərhədinə yaxınlaşdılar. Məlumatı ilk Rusiyanın avia.pro saytı yaymışdı. Sayt həmçinin qeyd etmişdi ki, qırıcı təyyarələr ER paytaxtına zərbə vura biləcək qədər yaxın idi.