Başlıcaİctimaiyyət

“Virtual Körpü” başlayır: Ermənistan və Silikon Vadisi daha da yaxınlaşır

Hökümət tərəfindən təsdiqlənən “Erməni Virtual Körpü Proqramı”na start verilib. Bu barədə ER yüksək texnologiyalar sənayesi naziri öz “Facebook” səhifəsində yazıb.

“Açılış mərasimi Silikon Vadisində AGBU ofisi ilə online keçirəcəyik. İştirakçılar arasında texnologiya sahəsində dünyaca məşhur erməni həmkarlarımız da var “- deyə nazir yazıb. O bildirib ki, tədbir avqustun 3-də, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, məruzəçilər arasında Silikon Vadisində AGBU Prezidenti Yervand Zoryan, “Adesto” texnoloji şirkətinin baş direktoru və prezidenti Narbeh Ter-Hakobyan, “PDF Solutions” qurumunun qurucusu və icraçı direktoru Jon Kibaryan, “GoPro” şirkətinin vitse-prezidenti Lusine Yeğiazaryan və başqaları var.

Daha çox göstər
Back to top button