Serbiyanın Prezidenti Aleksandr Vuçiç mətbuat icmalında jurnalistlərin,Ermənistana silah satışıyla bağlı sualına cavab olaraq bildirib ki, “Son bir neçə il ərizndə biz Azərbaycana 10 dəfədən artıq silah stmışıq”.Bu haqda Serbiyanın RTV mətbusu qeyd edib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə dost münasibətlərimiz var və Əliyevin məni Tadiçdən (keçmiş Serbiya prezidenti – red.) Daha çox dəyərləndirməsinin səbəbi, ölkəni suveren kimi idarə etməyi bilməkdir. Bizim Azərbaycandan və Ermənistandan dostlarımız var.
Ötən bir neçə il ərzində biz Azərbaycana 10 1at artıq silah satmışıq”-deyərək o qeyd edib ki, ölkənin hərbi sənayesində 17 000 nəfər işləyir ki, onlar digərlərindən fikirlərindən fərqli olaraq, gərək öz iş yerlərində qalsın.
Xatırladaq ki, daha öncə Azərbaycan KİV-i informasiya yaymışdılar ki, son aylarda Serbiya güya Ermənistana silah satıb.