Azərbaycanda “2020-ci ilin dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilir. Milli Məclisə daxil olan dəyişiklik layihəsinə müzakirəyə çıxarılacaq. Yeni dəyişikliklərə əsasən, Azərbaycanda müdafiə xərcləri 50 mln manat (1.3%) azalacaq. 2019-cu ildə nəzərdə tutulan 3 milyard 853.5 milyon manat əvəzinə müdafiə xərclərinə 3 milyard 804 milyon manat (~ 2 milyard 238 milyon dollar) ayrılacaq.
Razm.info saytı Azərbaycanda planlaşdırılan büdcə dəyişikliklər barədə azərbaycanşünas Taron Hovhannisyanla danışdı.
2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVID-19 pandemiyasının ölkəyə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.
2020-ci ilin ilk yarısında neft qiymətlərinin düşməsi və koronavirusun dəydiyi iqtisadi zərərlər səbəbindən Azərbaycanın dövlət büdcəsində dəyişikliklərin edilməsi gözləniləndi, lakin büdcənin yeni dəyişikikləri ilə nəzərdə tutulan gəlirlər yalnız 10.5 min manatla azalır, xərcləri isə ~598 min manatla (~351 min dollar) artır. Buysa, müdafiə xərclərinin azalmasından nisbətən balanslıdır.
Taron Hovhannisyanın sözlərinə görə, gəlirlərin belə azalması təqdirdə Azərbaycanda hərbi xərcləri də keçən ilin göstəriciyə qədər azaltmağa məcbur olacaqlar, hansı ki 2020-ci ilin əvvəlində nəzərdə tutulan müdafiə xərclərindən ~20,9% azdı. Ancaq çox güman ki, Tavuş hadisələri fonunda yenidən hesablama aparıldı, çünki əhəmiyyətli azalma ciddi daxili narazılığa səbəb ola bilərdi.
Hovhannisyan qeyd edib ki, gəlirlər əsasən Dövlət Neft Fondu (SOFAZ) və qeyri-vergi gəlirləri hesabına təmin olundu. Dövlət Neft Fondunun gəlirləri bu layihəylə təxminən 5 milyard manatla azalır, bu fonddan büdcəyə gedən pul isə, təxminən 1 miyard manatla artacaq, çünki büdcədə neftin orta qiyməti barel üçün $55 nəzərdə tutulmuşdu, lakin dəyişən büdcə ilə barel üçün $35 nəzərdə tutulur. “Elə prognozlar var ki, ilin sonanadək bu qiymət artmayacaq. Bu halda Dövlət Neft Fondunun gəlirləri bu il ərzində ciddi azalacaq. Nəzərdə tutulan 12.4 milyard manat yerinə büdcəyə 7.3 milyard manat girəcək. Buysa, 5 milyard manatla azdır. 2020-ci il əvvəllərində dövlət büdcəyə 11.3 milyard manatın köçürülməsi planlaşıdırlırdı, ancaq indi 12.3 milyard manat köçürüləcəkdir”
Hovhannisyanın fikrincə, belə halda Dövlət Neft Fondunun rezervləri azalacaq.
Müdafiə xərclərinin azalmasına baxmayaraq. Milli Təhlükəsizlik xərcləri 8.5 milyon manatla (~5 milyon dollar) artacaq. Hovhannisyanın sözlərinə əsasən, medafiə xərclərinin ~50 milyon azalmasından Müdafiə Nazirliyinin xərcləri azalır, amma eyni zamanda Milli Təhlkəsizlik xərcləri artacaqdır.
Azərbaycanşünasın qeyd etdi ki, təhsil, elm, iqtisadiyyatın dirçəldilməsi xərclərini azaltdılar, amma bunun əvəzinə birbaşa sosial yardımı, səhiyyə xərclərini artırdılar, müdafiə büdcəsini mümkün qədər azaltmamağa çalışdılar ki, bu, narazılığa səbəb olmasın.
Hovahnnisyan onu da qeyd etdi ki, bütün bu dəyişikliklər qısa müdət üçün müsbət nəticə verəcək, amma uzun müddətli prespektivdə bu, Azərbaycan iqtisadiyyatı üçün olduqca ciddi probləmlər yaradacaq.